Kursumuzun üstünlükləri
Uzun illərdir online fəaliyyət göstərməyin bizə qazandırdığı dəyərli təcrübəmiz var.
Bu təcrübə sayəsində biz tələbələrin online tədrisə olan güvənsizliyinin səbəblərini müəyyən etdik və onları aradan qaldırdıq. Nəticədə tələbələr artıq məkan və vaxt məhdudiyyəti olmadan rahatlıqla dərslərimizə qoşulurlar.
Bütün tələbələr dərslərə qoşulmazdan əvvəl ödənişsiz level yoxlanışında iştirak edirlər.
Bu proses tələbənin öz səviyyəsinə uyğun qrupda təhsil almasını təmin edir, nəticədə tələbə üçün həm vaxt, həm də maddi itkini aradan qaldırır.
Tələbələrin dərs müəllimi və proqramla tanışlığı üçün kursumuzda sınaq dərs mövcuddur.
Qeydiyyat prosedurunu tamamladıqdan sonra ilk dərs həm də snaq dərsi hesab olunur. Tələbə razı qalmadığı halda heç bir ödəniş etmədən qeydiyyatını ləğv edə bilir.
Fərdi dərslər 2 gün ərzində başlayır, qrup dərslərinin formalaşması isə adətən 1 həftə-10 gün olur.
Əgər bu müddət ərzində dərslər başlamazsa, tələbələr gözlədilmədən real vəziyyət barədə dəqiq məlumatlandırılır. Sonrakı gözləmə müddətinə qərar vermək isə artıq tələbənin öz seçimi olur.
Dərs günləri və saatları tələbələrin istəyinə uyğun formalaşır.
Qeydiyyat zanmanı bütün tələbələrdən onlara uyğun günlər və saatlar barədə məlumat alınır. Fərdi dərslərdə tamamilə tələbəyə uyğunlaşılır, qrup dərslərində isə tələbənin qeyd etdiyi gün və saatlar əsas götürülür.
Dərs gedişatına kurs tərəfindən daim nəzarət edilir.
Müəllimlərimiz hər dərs sonunda tələbələrin iştirak səviyyəsini və dərsə hazırlıq durumunu sistemimizdə qeyd edirlər. Əgər gedişat qənaətbəxş olmazsa, tələbə ilə şəxsi olaraq məsələ müzakirə edilir və gələcək üçün ortaq bir qərar verilir.
Hər level sonunda kursumuz tərəfindən hazırlanmış final imtahanı keçirilir.
Əgər tələbə kursun müəyyən etdiyi minimum keçid faizini toplamazsa, dərslərə davam etmək, təəssüf ki, mümkün olmur. Bu qaydanın əsas məqsədi isə tələbənin möhkəm baza formalaşdıraraq uğurlu nəticə əldə etməsini təmin etməkdir.
Kursumuzu bitirən tələbələrə sertifikat təqdim olunur.
Bu sənəd tələbənin kurs müddətində göstərdiyi səylərin və nailiyyətlərin təsdiqi kimi dəyər daşıyır. Həmçinin gələcək təhsil və karyera imkanlarında dəstək olur.
Müəllimlərimizin peşəkarlığı barədə xüsusi nə isə qeyd etməyə ehtiyac duymuruq.
